02/12/2017 18:14

İran yeni hərbi təlim gəmisi inşa edir

İran “Xəlili Fars” (Fars Körfəzi) adlı yeni hərbi təlim gəmisini təqdim edib.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi xəbərə görə, Hərbi Dəniz Qüvvələri günündə təqdim olunan “Xəlili Fars”ın Qərbi Asiyanın ən böyük hərbi təlim gəmisi olduğu iddia edilir.

Gəminin inşasına 2012-ci ildə başlanıldığı qeyd edilib. 135 metr uzunluğunda, 16 metr enində olan “Xəlili Fars” gəmisinin su basımı 6,5 min ton, gediş uzaqlığı 14,816 km təşkil edir.

Maksimum sürəti 25 knot olan gəmidə eyni vaxtda 230 nəfər təlim ala biləcək.