02/09/2019 12:21

İran yeni pilotsuz uçuş aparatını təqdim edib

İran “Kian” adlı yeni pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Tehranda “Hava Müdafiə Günü” çərçivəsində keçirilən tədbirdə İran mühəndisləri tərəfindən dizayn olunan və hazırlanan “Kian” PUA ilk dəfə ictimayyətə nümayiş etdirilib.

İran Hava Müdafiə Qüvvələrinin komandanı general Əlirıza Sabahifard təqdimatda çıxış edərək bildirib ki, “Kian” pilotsuz uçuş aparatının zərbə və müdafiə təyinatlı iki modeli hazırlanıb. Kəşfiyyat-müşahidə və zərbə əməliyyatları üçün nəzərdə tutulan PUA uzaq mənzilli uçuş və nöqtə vuruş qabiliyyətinə malikdir.

General qeyd edib ki, istehsalı bir il müddətdə tamamlanan PUA tək İran sərhədlərində deyil, daha uzaq məsafələrdə missiyaları yerinə yetirə bilər. PUA 1000 km-dən artıq məsafəyə uça və 5000 metr yüksəkliyə qədər qalxa bilir.

Bildirirlib ki, İran dünyada pilotsuz uçuş aparatlarının istehsalında ilk beş ölkədən biri hesab olunur.