28/08/2019 13:17

İran yeni qanadlı raketini təqdim edib

İran avqustun 27-dən sentyabrın 1-dək Rusiyanın Moskva şəhərində keçirilən MAKS-2019 beynəlxalq aviasiya və kosmos sərgisində yeni qanadlı raketini ilk dəfə nümayiş etdirir.

Bu barədə “AzeriDefence”  “Fars” xəbər agetliyinə istinadən məlumat verib.

Bildirilib ki, “Mobin” adlı yeni qanadlı raket radarlarlara görünməmək qabiliyyətinə sahibdir.

Atış uzaqlığı 450 km təşkil edən “Mobin” raketinin çəkisi 670 kiloqramdır. Raket 120 kq ağırlığında döyüş başlığı ilə təchiz edilə bilir. “Mobin” raketinin sürəti 900 km/saat olaraq göstərilir.