17/04/2017 11:33

İran yeni stels tipli döyüş təyyarəsini nümayiş etdirib – VİDEO-FOTO

İran müdafiə sənayesi kompleksi yeni stels tipli döyüş təyyarəsini nümayiş etdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, döyüş təyyarəsinin ilkin nümunəsinin təqdimatında İran prezidenti Həsən Ruhani, Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, briqada generali Hüseyn Dehqan və digər yüksək çinli hərbçilər iştirak edib.

“Qaher” F-313 adı ilə məlum olan döyüş təyyarəsi “08” şərti nömrə ilə iştirakçılara təqdim olunub.

Təyyarənin texniki xarakteriskası haqda ətraflı məlumat verilməsə də “08”in iki ədəd J85 tipli mühərriklə təchiz edildiyi bildirilib.