22/09/2018 12:24

İranda hərbi paradda terror aktı törədilib, ölənlər var

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı terror aktı törədilib.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, hərbi parad zamanı iki terrorçu xalqı odlu silahdan atəşə tutub. Vətəndaşlar qarşısında sipər alan təhlükəsizlik qüvvələri torrorçulara cavab atəşi açıblar.

Törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib. Hərbi paradı izləməyə gəlmiş vətəndaşlardan da ölən və yaralananlar var. Terrorçulardan ikisi hadisə yerindən qaçıb. Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.

Qeyd edək ki, bu gün “Müqəddəs müdafiə həftəsi” çərçivəsində Tehran şəhəri daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad başlayıb. Ölkə paytaxtında keçirilən tədbirdə İran prezidenti Həsən Ruhani iştirak edib.