22/09/2017 12:25

İranda keçirilən hərbi paradda yerli məhsullar nümayiş olunub

Bu gün İran Ordusunun, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK), Hüquq-Mühafizə Polisi və Bəsij (Könüllü) Qüvvələrinin müxtəlif bölmələrinin Tehran və digər şəhərlərdə hərbi paradları keçirilir.

Bu barədə “AzeriDefence” “Fars” agentliyinə istinadən xəbər verib.

Müdafiə həftəsi çərçivəsində keçirilən hərbi paradlar 1980-cı ildə başlayan və 8 il davam edən İran-İraq müharibəsində dünyasını dəyişən iranlıların xatirəsinə həsr olunub.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqeri və prezident Həsən Ruhaninin qatıldığı mərasimdə xarici diplomatlar, hərbi attaşelər və jurnalistlər, o cümlədən yüksək rütbəli hərbi və hökumət rəsmiləri iştirak edir.

Hərbi paradda İran mütəxəssisləri tərəfindən istehsal olunan yeni döyüş texnikaları, raketlər nümayiş etdirilib.