28/08/2015 16:13

İranda məxfi katerinin təlimi keçirilib

İranda sürətli məxfi raket-torpeda katerinin təlimi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, İranda adıçəkilən katerin atəş təlimləri keçirilib və bununla bağlı xəbəri dövlət televiziya kanalı yayıb.

Xəbərdə bildirilib ki, təlimlərdə adı çəkilməyən raketlərdən atəş açılıb. Həmçinin, katerin texniki xarakteriskası da açıqlanmayıb.

Ekspertlərin sözlərinə görə isə təlimlərdə Sovet istehsalı olan, sonradan İran versiyası şəklində istehsal olunan raket komplekslərindən istifadə olunub.

Məlumatda o da qeyd olunub ki, İran bu raket texnologiyasını Şimali Koreyadan RPK-6 “Vodopad” versiyasında alıb. Kompleksin NATO modeli isə SS-N-16 “STALLION” dur.

Xatırladaq ki, bu torpeda-raket kompleksi 50 km məsafədə sualtı hədəfi məhv etmək imkanına malikdir.