20/10/2017 13:06

İranda yeni hərbi zavod istifadəyə verilib – FOTO

İran Silahlı Qüvvələrinin Quru Qoşunları üçün nəzərdə tutulmuş hərbi texnika təmiri zavodunun açılışı olub.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Əbdülrəhim Musəvi zavodunun açılışın edib.

Ordu komandanı zavodda təmir və modernizə olunan bəzi texnikalara baxış keçirib.

Açşlış mərasimi çərçivəsində 6×6 təkər formuluna malik “Iveco Trakker” yük maşının şassisi üzərində qurulan 155 mm-lik HM41 özüyeriyən haubitsa nümayiş olunub. “Aşura” adı verilən özüyeriyən haubitsanın maksimum atış məsafəsi 30-34 km, effektiv atış uzaqlığı isə 22 km təşkil edir.

Görüntülərdən yeni zavodda “Chieftain” tankın və BMP-1 tipli piyadaların döyüş maşının təmir olunduğu müşahidə olunur.