05/11/2019 11:38

İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddələr gətirilməsinin qarşısı alınıb – FOTO

Astara şəhəri yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq ölkə ərazisinə narkotik maddə gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, sərhədçilərin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi zamanı o, əlindəki çantanı ataraq relyefin mürəkkəbliyindən istifadə edərək İran istiqamətində geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qanunsuz yolla Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə olan 12 kq 730 qram “Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd so­ yuq silah (xəncər) aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.