19/03/2013 06:40

İrandan Xəzərə yeni gəmi hərbi daxil etdi

İran Ənzəlidə inşa etdiyi “Camaran-2” esminesini suya endirib. Bu barədə “AzeriDefence” İran mediasına istinadən məlumat verib.

Esmines sentyabr ayınadək testləri tamamlayıb Hərbi-Dəniz Qüvvələrinin Xəzər dənizindəki suüstü qüvvələrinin tərkibinə daxil olacaq.

Su tutumu 1420 ton olan hərbi gəmi 20000 at gücünə malik mühərrik ilə təchiz olunub və saatda 30 dəniz mili sürətlə hərəkət edə bilir. Gəminin silahlanmasına “səth-yer”, “yer-hava” tipli müxtəlif raketlər raketlər, müasir artilleriya sistemləri daxildir. Gəmidə bir ədəd helikopter də yerləşə biləcək.