28/06/2016 11:08

İranın Azərbaycandakı yeni hərbi attaşe vəzifəsinin icrasına başlayıb

İran Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi vəzifəsinə yeni təyinat olub.

Bu barədə “AzeriDefence”yə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Yeni hərbi attaşe, polkovnik Əli Seyfi ötən həftədən vəzifəsinin icrasına başayıb.

Qeyd edək ki, İranın Azərbaycandakı hərbi attaşesi, polkovnik Əmir Fərəcinin missiyası başa çatdığına görə, ölkəsinə dönüb.