28/10/2018 20:45

İranın Baş Qərargah rəisi ilk dəfə Azərbaycana səfər edəcək

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri oktyabrın 30-da Bakıya səfər edəcək.

Bu barədə “AzeriDefence” İran mediasına istinadən məlumat verib.

İki günlük səfər çərçivəsində İran və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıqğın perspektivləri, terrorizmlə mübarizə, regional təhlükəsizlik, sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

General Baqerinin səfəri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə gerçəkləşir. Bu, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana ilk səfəridir.