20/04/2015 13:00

İranın müdafiə naziri Azərbaycana gəldi

İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqanın Azərbaycana səfəri başlayıb.

“AzeriDefence” İran mediasına istinadən verdiyi məlumata görə, artıq Dehaqan Azərbaycan müdafiə naziri Zakir Həsənov tərəfindən qəbul edilib.

Səfər çərçivəsində general Dehqanın Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır.