21/02/2018 17:40

İranın müdafiə naziri MSN-də olub

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib. Görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin başçısı, general-mayor Əmir Hatəmi səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.