30/08/2017 11:32

İranın S-300 və “Bavar 373” zenit-raket kompleksləri istismara hazırdı

İranın Rusiya istehsalı olan S-300 və yerli istehsal olan “Bavar 373” zenit-raket kompleksləri istismara hazırdı.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Qərb Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general Bijan Saadi bildirib.

B.Saadi qeyd edib ki, sözügüdən zeni-raket komplekslərinin ən qısa müddətdə ölkənin istənilən bölgəsində istifadəsi mümkündür.

İran mütəxəssislərinin sözlərinə görə, “Bavar 373” zenit-raket kompleksi versiyası S-300 ilə müqayisədə artırılmış mobilliyə, çevikliyə və digər xüsusiyyətlərinə görə Rusiya modelindən daha üstündür.