02/10/2014 07:37

İranın yeni silahı – FOTOLAR

İran hərbi sənayesi “Asefeh” adlı yeni silah sistemini ictimaiyyətə təqdim edib. “AzeriDefence”nin məlumatına görə, silah fırlanan 3 lülədən eyni anda atəş açır.Zenit toplarında istifadə olunan 23 mm çaplı mərmilərdən atəş açan “Asefeh”in atış tempi dəqiqədə 900 atəşdir.

Texniki-taktiki göstəriciləri açıqlanmayan yeni silahın yaxın məsafədən uçan bütün hava hədəflərini və yerüstü hədəfləri sıx atəşlə məhv etmək üçün nəzərdə tutulduğu bildirilib.

SEPAH tərəfindən keçirilən testlər başa çatdıqdan sonra “Asefeh” silahlanmaya qəbul ediləcək.