02/10/2014 07:19

İranın yeni snayper tüfəngi – “Fateh” – FOTO

İran hərbi sənayesinin istehsal etdiyi “Fateh” adlı yeni snayper tüfəngi nümayiş olunub. “AzeriDefence”nin məlumatına görə, 5.56 mm çaplı NATO patronlarından atəş açan snayper tüfəngi tək-tək atəş açır.

Snayper tüfəngi üst hissədə piccatini relsinə, uzunluğu tənzimlənən qundağa malikdir. Ehtiyaca uyğun olaraq silah ön hissədə əlavə – dayaq kimi də istifadə olunan universal tutacaqla təchiz oluna bilir.

SEPAH tərəfindən testlərinə başlanmış tüfəngin texniki göstəriciləri barədə əlavə məlumat mövcud deyil.