21/04/2015 16:10

İranla Azərbaycan müştərək müdafiə Komissiyası yaradır

“Yaxın gələcəkdə İran-Azərbaycan arasında müştərək müdafiə komissiyası yaradılacaq”

“AzeriDefence”nin məlumatına görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsen Pakayin mətbuat konfransında deyib.

Səfir bildirib ki, komissiyaya müdafiə nazirləri rəhbərlik edəcək: “Komissiya müdafiə sahəsində tərəfləri narahat edən və vacib bilinən məsələlər müzakirə ediləcək”.

O deyib ki, İranın müdafiə naziri Hüseyn Dehqanın ötən gün Azərbaycana etdiyi səfər zamanı müzakirə edilən məsələlərdən biri də regional təhlükəsizlik olub: “Müzakirələrdə İŞİD, Əl-Qaidə və digər regionu narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, İran-Azərbaycan və bizimlə həmfikir olan ölkələrlə dini radikalizmə qarşı birgə tədbirlər görülsün”.

M. Pakayin qeyd edib ki, hərbi sənaye sahəsində aparılacaq işlər də bu komissiya çərçivəsində müzakirə olunacaq.

Səfir əlavə edib ki, birgə Müdafiə Komissiyasının fəaliyyət istiqamətlərinin detalları hələ tam müəyyənləşməyib.

Ramil Məmmədli