20/03/2017 14:01

İraq hərbi aviasiyasını yeni təyyarələrlə gücləndirir

Cənubi Koreya T-50 döyüş təyyarələrinin ilk partiyasını İraq Hərbi Hava Qüvvələrinə təhvil verilib.

“AzeriDefence”in məlumatına görə, bunu İraq Hərbi Hava Qüvvələrinin Komandanı Ənvər Hamma açıqlamasında bildirib ki, bu İraq Silahlı Qüvvələrinin sifarişi əsasında həyata keçirilib.

Ə. Hamma “Korea Aerospace Industries” (KAİ) şirkətinin istehsalı olan T-50 döyüş təyyarələrinin sayını isə açıqlamayıb.

Komandan bildirib ki, T-50-lər bütün əlavə avadanlıqla təchiz olunub.

Xarici medianın yazdığı məlumata görə, KAİ şirkət İraqa 6 ədəd T-50 yüngül döyüş təyyarəsi verib. 2013-cü ildə Cənubi Koreya və İraq arasında T-50 yüngül döyüş təyyarəsinin alğı-satqısı üçün 1.1 milyard dollar dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən KAİ şirkəti tərəfində İraqın 24 ədəd T-50 döyüş təyyarəsi ilə təmin olunması nəzərdə tutulub.