14/10/2012 08:44

İraq sürətli silahlanmaya start verib

İraq ölkənin Hərbi Hava Qüvvələrlərinin müasirləşdirməsi proqramı çərçivəsində Çexiyadan L-159 tipli döyüş və tədris təlim təyyarəsi alacaq. Bu barədə “AzeriDefence” xarici hərbi KİV-lərə istinadən məlumat verib.

Müqavilənin dəyəri 1 milyard ABŞ dolları təşkil edəcək və sifariş 7 ay ərzində yerləşdiriləcək. Iraqın ümumilikdə 24 ədəd L-159BQ və 4 ədəd L-159T1 tipli təyyarə alması nəzərdə tutulur.

Bundan əvvəl İraq hökuməti 18 ədəd F-16 tipli təyyarənin alınmasına dair ABŞ-la 3 milyard dollar dəyərində razılaşma imzalayıb.

Qeyd edək ki, cari ilin ikinci yarısında İraq həmçinin hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya ilə 4,2 milyard dollarlıq bir sıra müqavilələr imzalayıb. Müqavilə çərçivəsində 48 ədəd “Pantsir –S1” zenit raket-top kompleksi (2,2 milyard dollar) və 36 ədəd Mi-28NE helikopterlərinin (2 milyard dollar) alınması nəzərdə tutulur.