26/09/2019 14:18

İŞBİR şirkəti AFGM-nin tədarükçülər siyahısına daxil edilib

Türkiyənin hərbi generator və alternator istehsalçısı olan “İŞBİR Elektrik Sanayi” şirkəti Milli Müdafiə Nazirliyi Hərbi Fabriklər Baş İdarəsinin (AFGM) təsdiq etdiyi tədarükçülər siyahısına daxil edilib.

Bu barədə “AzeriDefence” MSİ müdafiə texnologiyaları nəşrinə istinadən məlumat verib.

AFGM-nin təsdiq etdiyi tədarükçülər siyahısında yer alan şirkətlərin texniki bacarıq, keyfiyyət, çatdırılma performansı və satış sonrası xidmətlər istiqamətində nailiyyətlər qazanması lazımdır.