29/01/2018 11:04

İŞİD terrorçuları Əfqanıstanda hərbi məktəbə hücum edib

Əfqanıstanın paytaxtı Kabildə yerləşən Marşal Fahim adına Milli Hərbi Universitetə bir qrup silahlı şəxs hücum edib.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, bu haqda 1TV Əfqanıstan telekanalı məlumat yayıb. Bildirilir ki, hərbi akademiyaya edilən hücumu İŞİD terror qruplaşması öz üzərinə götürüb. Yerli mətbuatın məlumatına görə, ərazidən partlayış səsləri eşidilib. Hazırda həmin bölgədə təhlükəsizlik mövqeləri ilə terrorçular arasında atışma gedir.

“Pajvak” agentliyinin məlumatına görə, 5 hərbçi həlak olub, 10-u isə yaralanıb. Təhlükəsizlik orqanları əməkdaşları 4 terrorçunu zərərsizləşdirib, 1-i isə saxlanılıb.