12/09/2018 17:57

İspaniya Səudiyyə Ərəbistanına bomba satışını ləğv etdi

İspaniya Səudiyyə Ərəbistanına lazer yönləndirməli aviasiya bombası satışından imtina edib.

“AzeriDefence”nin məlumatına görə, buna səbəb kimi İspaniya Müdafiə Nazirliyi rəsmi bəyanat verərək Səudiyyə Ərəbistanının Yəməndə keçirdiyi hərbi əməliyyatlarda mülki hədəflərin də vurulduğunu bildirib.

2015-ci ildə Madrid Ər-riyad ilə imzalanmış 10 milyon ABŞ dolları məbləğindəki müqavilə çərçivəsində 400 ədəd lazerli idarə olunan bombanın satışına qərar vermişdi. Bəyanatda bildirilib ki, İspaniya həmçinin Səudiyyə Ərəbistanına gələcəkdə satışları planlaşdırılan digər hərbi məhsulları da nəzərdən keçirəcək.

Qeyd edək ki, aprel ayında İspaniya və Səudiyyə Ərəbistanı arasında 2.22 milyard ABŞ dolları dəyərində döyüş gəmisi tədarükünə dair müqavilə də imzalanıb.