30/03/2016 11:13

İsrail Hindistanın “Ajeya” tankını modernləşdirə bilər

İsrailin “Nimda” şirkəti Hindistanın “Ajeya” Т-72М1-in modernləşdirilməsini həyata keçirə bilər.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı şirkətlə Hindistanın Müdafiə Nazirliyi arasında danışıqlar aparılır.

Şirkət “Ajeya”nın mühərrik, sürət ötürücüsü, hava və soyutma, o cümlədən digər  sistemlərinin modernləşdirilməsi təklifi ilə çıxış edib.

Xatırladaq ki, “Ajeya” Т-72М1 Sovet istehsalı olan T-72-nin Hindistan variantıdır. Bir müddət əvvəl isə həmin tankın modernləşdirilməsi təkliflə Rusiya şirkəti çıxış etmişdi.