05/02/2019 16:20

İsrail Müdafiə Nazirliyi “Aeronautics”in ixrac lisenziyasını bərpa edib

İsrail Müdafiə Nazirliyi “Aeronautics” şirkətinin ixrac lisenziyasını bərpa edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Aeronautics” irkətinin Tel-Əviv Birjasına təqdim etdiyi rəsmi bildirişdə qeyd olunub.

Şirkətin məlumatında qeyd olunur ki, İsrailin Müdafiə Nazirliyi 28 avqust 2017-ci il tarixində “Aeronautics” şirkətinin “Orbiter-1K” döyüş pilotsuz uçuş aparatının adı açıqlanmayan, lakin tanınmış bir müştəriyə marketinq və ixrac lisenziyasını dayandırıb.

Lisenziyası yenidən bərpa edən “Aeronautics” sözügedən müştəriyə PUA tədarükünə davam edə bilər.