06/11/2017 09:48

İsrail ölkə tarixində ən irimiqyaslı aviasiya təlimlərinə başlayıb

Noyabrın 5-də İsrail Hərbi Hava Qüvvələri 7 ölkə nümayəndə heyətinin iştirakı ilə ölkə tarixində ən irimiqyaslı aviasiya təlimlərinə başlayıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə İsrail Müdfiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 16-dək davam edəcək təlimlərdə Almaniya, Yunanıstan, Hindistan, İtaliya, Polşa, ABŞ və Fransanın Hərbi Hava Qüvvələri iştirak edir.

Bu ölkələrin təlimlərdə iştirak edəcək hərbi aviasiya vasitələri Eylat şəhəri yaxınlığındakı “Uvda” hərbi bazasında yerləşdirilir.

Məlumatda o da qeyd olunub ki, təlimlərdə 1000-dən artıq pilot, texniki və inzibati heyət iştirak edir.