31/01/2018 15:08

İsrail Ordusu 1000 ədəd yeni qumbaraatan alır

İsrail Müdafiə Nazirliyi “Rafael” şirkəti ilə 1000 ədəd yüngül “Mefaçeax Kal Mişkal” qumbaraatanların alğı-satqısı ilə bağlı müqavilə bağlayıb.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin əldə etmək istədiyi bu qumbaraatanlar “Mefaçeax Eqozim” qumbaraatanlarının 40% çəkisinin azaldılmış versiyasıdır.

İsrail Ordusu “Mefaçeax Eqozim” qumbaraatanlarından ilk dəfə 2008-2009-cu illərdə az sayda Qəzza bölgəsində istifadə edib. Qısa zaman ərzində qumbaraatanlar üzərində aparılan təkmilləşdirilmə işlərindən sonra “Mefaçeax Eqozim” 2010-cu ildə ordu silahlanmasına rəsmən qəbul edilib. 2014-cü ildə yenidən Qəzza bölgəsində bu qumbaraatanlardan geniş şəkildə istifadə edilib. Hazırda İsrailin ordu silahlanmasında “Mefaçeax Eqozim” qumbaraatanlarının yeni versiyaları ilə yanaşı, 66 mm-lik M72 LAW (Zarzir Mitkale), М72А4, М72А6, М72А7 и М72А9 qumbaraatanları yer almaqdadır.

Ekspertlər bildirirlər ki, “Mefaçeax Eqozim” qumbaraatanların ciddi nöqsanı, çəkisinin ağır olması ilə əlaqədardır. Məhz bu səbəbdən “Mefaçeax Kal Mişkal” qumbaraatanı üzərində bu nöqsanı aradan qaldırmağa çalışıblar. Qumabaraatanın çəkisi demək olar ki, 40% azaldılıb.

Qeyd edək ki, “Mefaçeax Eqozim” qumbaraatanları modifikasiyasından asılı olaraq 8, 9, 10.3 kq təşkil edir.