05/02/2018 14:51

İsrail Ordusu operativ-taktiki raketlər alacaq

İsrail Silahlı Qüvvələrinin raket-artilleriya birləşmələri operativ-taktiki raketlər alacaq.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, bu haqda İsrailin müdafiə naziri Aviqdor Liberman məlumat verib.

Müdafiə nazirinin sözlərinə görə, operativ-taktiki raketlərin alınması ilə bağlı qərar təsdiq olunub və satınalmaların ilkin mərhəlsi üçün 0,5 milyard ABŞ dolları ayrılıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) cari proqramı çərçivəsində həyata keçirilən ilkin inkişaf mərhələsi 2020-ci ilə qədər nəzərdə tutulub. İlk mərhələdə 306 mm-lik EXTRA raketləri hazırlanır. Raketin atış uzaqlığı 150 km-ə qədərdir və ixracat üçün kütləvi istehsal edilir. EXTRA raketlərinin Hərbi Dəniz Qüvvələrlərinin gəmilərində və Hərbi Hava Qüvvələrlərinin təyyarələrində də istifadəsi mümkündür.

İkinci mərhələdə atış məsafəsi 300 kilomter olan BR alınacaq. Raketlərin növü dəqiq bilinmir. Lakin ehtimal edilir ki, İsrailin IMI şirkətinin 250 km mənzilə sahib olan “Predator Hawk” taktiki raketi, IAI şirkətinin maksimum atəş məsafəsi 400 km olan LORA raketi və ya ABŞ-ın “Lockheed Martin” şirkətinin MGM-168 ATAMCS Block IVA raketi alına bilər. 10 il ərzində həyata keçiriləcək satınalmaların ümumi dəyəri 7 milyard şekel (İsrail pul vahidi-red.) təşkil edəcək.