29/11/2012 12:54

Israil Ordusu yeni nəsil kamuflyaj alır

İsrail Müdafiə Qüvvələrinin (IDF) elit vahidlərindən biri Fibrotex Technologies şirkəti tərəfindən hazırlanmış FIGHTEX adlı kamuflyaj ilə təchiz olunacaq. “AzeriDefence”nin İsrail hərbi mediasına istinadən verdiyi məlumata görə, seçim barədə qərar ciddi testlərdən sonra qəbul edilib.

Ağıllı texnologiyalar əsasında hazırlanmış, yeni nəsil sayılan ikitərəfli FIGHTEX kamuflyaj fövqəladə ekoloji, iqlim və döyüş şəraitində testlərdə öz üstünlüyünü sübuta yetirib.

Bu geyim yüngül və davamlı olmaqla yanaşı infra-qırmızı görüş sistemlərindən mühafizə edir. Kamuflyaj iki tərəflidir – yəni əsgər şəhər şəraitində bir üzü, meşə və yaşıl sahələrdə isə digər üzü çevirərək geyə bilər.