08/11/2017 11:33

İsrail şirkəti döyüş təyyarələrini “Pantsir-S” və S-400-dən qoruyan sistem hazırlayır – VİDEO

İsrailin “Rafael Advanced Defense Systems” şirkəti hava platformalarında rəqibin hava hücumundan sistemini yayındıra biləcək yeni nəsil radioelektron mübarizə sistemi (Air EW Systems) hazırlayıb.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, yeni sistem Rusiyanın S-400 “Triumf” və “Pantsir-S” komplekslərinə qarşı istifadə oluna bilər.

İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, radioelektron sistemi 3 komponentdən “Sky Schield” radioelektron boğucu sistem, “Light Schield” sistemi və yedəyə alınan “X-Guard” konteynerindən ibarətdir.

“Sky Schield” sistemi rəqibin böyük və uzaqməsafəli radarlarının siqnallarının yatırılması, “Light Schield” yaxın məsafəli radar siqnallarını boğmaq, yedəyə alınan “X-Guard” konteyneri isə hava hücumundan müdafiə raketlərini yayındırmaq üçün nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, hazırda “Air EW” sisteminin hazırlığı başa çatmaq üzrədir.

Qeyd edək ki, “Rafael” şirkətinin yayımladığı yeni sistemin tanıtım animasiyasında Rusiya istehsalı olan “Pantsir-S” zenit-raket top kompleksi və S-400 “Triumf” ZRK-nə qarşı istifadəsi əks olunub.