24/11/2017 15:45

İsrail şirkəti “Pitbull” döyüş modulunu antidron sisteminə çevirib

İsrailin “General Robotics” kiçik ölçülü dronlarla mübarizə aparmaq üçün yeni antidron sistemi yaradıb.

“AzeriDefence”nin şirkətin saytına istinadən verdiyi məlumata görə yeni antidron sistemi “General Robotics” şirkətinin “Pitbull” döyüş modulunun bazasında yaradılıb.

Antidron sistemi iki tejimdə işləyir. Birinci rejimdə PUA aşkarlanan dronu uzaq məsafədən söndürməklə zərərsizləşdirir. İkinci rejimdə isə sistem sürətli və dəqiq optik izləmə vasitəsilə PUA-nı aşkarladıqdan sonra, yaxın məsafədə pulemyot atəşi ilə məhv edir. Qeyd edək ki, döyüş modulu 7.62 və ya 5.56 mm çaplı pulemyotla dəstəklənir.

Məlumatda o da qeyd olunub ki, yeni antidron sistemin PUA-lar ilə yanaşı digər təhlükələrə qarşı istifadəsi mümkündür.

“Pitbull” döyüş modulu işıq effektini qeydə alaraq avtomatik şəkildə ona yönələn texnologiyaya əsaslanır.

Qeyd edək ki, “Pitbull” döyüş modulu 2016-cı ildə Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində AZCAN şirkətinin “Sentry” zirehli maşınının üzərində nümayiş etdirilib.