07/06/2016 17:25

İsrail şirkəti rabitə robotu hazırlayıb – VİDEO

İsraillin “General Robotics” şirkəti məsafədən idarə olunan rabitə robotu hazırlayıb.

Bu barədə “AzəriDefence” xarici mediaya istinadən məlumat verib.

Qapalı və açıq ərazilərdə istifadə olunan “Dogo” adlı robot pilləkənləri rahatlıqla qalxa bilir. Robotun içərisinə 9 mm-lik “Glock 26” tapancası yerləşdirilib.

“Dogo” robotunun üzərindəki sistemlər vasitəsi ilə canlı video yayımı, danışma və eşitmə, habelə silahdan atəş açmaq imkanı təqdim edir. “Dogo” üzərinə yerləşdirilən mikrofon və səsucaldan ilə təhlükəsizlik qüvvələri və təcavüzkarlar arasında dialoq qurmağa imkan yaradır.

11 kq-lıq çəkiyə malik olan robotun sürəti 6 km/saatdır. Robotun üzərinə yerləşdirilən 8 kamera 360 dərəcə görmə imkanı verir. Üzərində işıqlandırma sisteminin də yer aldığı “Dogo” avtomobillərin altından da rahatlıqla keçə bilir.