02/09/2019 17:18

İsrail şirkəti yeni anti-dron silah modulunu nümayiş etdirəcək

İsrailin “General Robotics Ltd” şirkəti Londonda keçiriləcək DSEI-2019 sərgisində uzaqdan idarə olunan “Pitbull-3” adlı yeni anti-dron silah modulunu nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “General Robotics Ltd” şirkətindən məlumat verilib.

“Point&Shoot” texnologiyasına əsaslanan “Pitbull-3” döyüş modulu bütün növ dronları aşkarlama, izləmə və zərərsizləşdirmə qabiliyyətinə malikdir.

Cəmi 70 kq ağırlığında olan “Pitbull-3” döyüş modulu yüngül nəqliyyat vasitələrinə və suüstü vasitələrə inteqrasiya edilə bilir.

Sistemin tərkibinə inteqrasiya edilmiş radarlar dronları 5 km qədər məsafədən aşkarlaya bilir. Bundan sonrajammer vasitəsi ilə bütün dronların rabitə tezlikləri, komanda, video və GPS eyni vaxtda kəsilir kəsililir. Nəticədə idarəetməsi itən dron yerə endirilir, yaxud bazaya qayıdır. “Pitbull-3”ün müasir izləmə alqoritmi ilə hərəkət halında olan dronlar 500 metrdən, sabit vəziyyətdəki dronlar isə 800 metrdən zərərsizləşdirmək mümkündür.