10/04/2013 07:19

Israil şirkətindən yeni dəbilqə

İsrailin FMS Enterprises şirkəti yeni nəsil hərbi dəbilqəsini Braziliyada bu gün işə başlayan LAAD-2013 müdafiə sərgisində nümayişə çıxarıb. “AzeriDefence”nin məlumatına görə, keyfiyyətli polietilendən xüsusi dizayn əsasında hazırlanan yeni dəbilqə yüksək ballistik müdafiəni təmin edir. 1250 qram çəkiyə malik dəbilqə 5.56 mm və 7.62 güllələri asanlıqla dayandırır. Yeni zireh MIL-STD-662F və NIJ ballistic standartlara tam cavab verir.

FMS Enterprises marketinq və biznes inkişaf departamentin rəhbəri Oren Qruber deyib ki, yeni müdafiə səviyyəsinin təmin olunmasında ballistik kompozit konstruksiyadan və qabaqcıl erqonomik dizaynda son nailiyyətlərdən istifadə edilib.

Yeni dəbilqə PASGT və MİCH formalarında istehsal olunub, bu da əsgərin görmə qabiliyyətini artırır.