02/11/2017 10:32

İsrail “Tavor 7-AR” adlı yeni hücum tüfəngi hazırlayıb

İsrail Silah Sənayesi (Israel Weapon Industries-IWI) şirkəti “Tavor” hücum tüfənginin yeni versiyasını yaradıb.

“AzeriDefence”nin IWI şirkətinin saytına istinadən verdiyi məlumata görə, “Tavor 7-AR” adı verilən yeni silah 2017-ci il 6-9 noyabr tarixlərində Taylandda keçiriləcək Müdafiə və Təhlükəsizlik Sərgisində ilk dəfə nümayiş olunacaq.

Bildirilib ki, 4.1 kq ağırlığında olan “Tavor 7-AR” tüfənginin atış uzaqlığı 600 metr təşkil edir. Yeni silah 7.62×51 mm kalibrli patronlardan atəş açır. “Tavor 7-AR” tüfəngi sifarişdən asılı olaraq 17″ (432 mm) və 20″ (508 mm) uzunluğunda lülələrlə istehsal ediləcək.

Ordunun və təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanan yeni hücum tüfəngin 2018-ci ilin birinci rübündə istehsalına başlanılması nəzərdə tutulub.