23/05/2012 09:42

İsrail yeni UZİ PRO-sunu müştərilərə təqdim edir

Israel Weapon Industries (IWI) şirkəti UZİ tapança-pulemyotları sinfindən yeni UZİ PRO-nu təqdim edib. “AzeriDefence”nin məlumatına görə, yeni silah ilk dəfə olaraq bu ilin mart ayından başlayaraq DefExpo, FIDAE və LAAD Security sərgilərində nümayiş etdirilib.

UZİ PRO məşhur UZİ tapança-pulemyotunun bazasında yaradılmış yüngül odlu silahdır. Silah avtomatik və yarımavtomatik rejimdə atəş açır.

UZİ PRO-nun anoloqlarından bir sıra üstünlüyü mövcuddur. Bu üstünlüklərə onun çox kiçik və yığcam olması, maksimal dəqiqliyi, optik nişangahlar üçün 4 ayrılmaz pikatinni relsi, 3 təhlükəsizlik mexanizmi, iynə əngəlləyicisi, polimer gövdə, səs boğucu quraşdırılma imkanı, müasir erqonomik dizayn, asan təmir olunması, həmçinin solaxay insanlar tərəfindən də istifadə edilə bilməsi daxildir.

9x19mm çaplı patronlardan atəş açan UZİ PRO-nun darağına 25 patron yerləşir. Silahın çəkisi boş halda 2.32 kq, uzunluğu 529 mm, qatlanmış halda 300 mm-dir.