23/04/2017 23:06

İsraildə partlayıcını aşkar edə bilən bakteriya yaradılıb

İsrail alimləri partlayıcı maddəni aşkar etmək üçün bakteriya yaradıblar.

“AzeriDefence”nin “Nature Biothechnology” nəşrinə istinadən verdiyi məlumatına görə, İsrailin Yəhudi Universitetinin bioloq-alimlərini mühəndis-istehkamçıların işini köklü şəkildə dəyişə biləcək elmi yeniliyə nail olublar.

Alimlər trinitrotoluola (əksər partlayıcıların tərkibində olan maddə) tərkibli partlayıcını aşkar edə bilən bakteriya yaradıblar.

Bakteriya özündən fluoresçent tərkibli maddə buraxır. Bu isə partlayıcı maddəni yerdə aşkar edir. Prosesi isə xüsusi qurğu vasitəsiulə izləmək olur.

Bunun üçün məməlilərin bağırsaq çöplərindən (E.coli) istifadə olunub.

Yeni kəşf minalanmış ərazidə sınaqdan çıxarılıb.

Əgər yenilik uğurla tətbiq olunarsa, bu minatəmizləmə işində ciddi yenilik olacaq.