28/04/2017 14:36

İsraildə yeni PUA-ların sınaqlarına başlanıldı

İsrailin “Aeronautics Defense Systems” şirkəti “PoziDrone” markalı helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarına başlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, üç çəkidə (15, 30, 120 kq) yaradılan multikopterlər sınaqlara başlayıb.

PUA-lar hərbi və mülki təyinatlı olacaq.

“Aeronautics” şirkətindən bildirilib ki, bu tip PUA-ların yaradılması ölkədə adıçəkilən sektor üzrə aviasiya parkının genişləndirilməsi məqsədi daşıyır.