29/11/2017 13:37

İsrailin “Dəmir Qübbə” kompleksi silahlanmaya qəbul edilib

İsrail “Dəmir Qübbə” (İron Dome) hava hücumundan müdafiə kompleksini Ordunun silahlanmasına qəbul edib.

Bu barədə “AzeriDefence” “Jerusalem Post” nəşrinə istinadən xəbər verib.

Bidirilib ki, “Dəmir Qübbə” dəniz müdafiə sisteminin əsas məqsədi İsrail sahillərini, eləcə də ölkənin Aralıq dənizi sahilindəki qaz platformalarını mühafizə etməkdir.

İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanan “Dəmir Qübbə” hava hücumundan müdafiə kompleksinin dəyəri 400 milyon dollar təşkil edir. ABŞ-ın maliyyə dəstəyi ilə reallaşdırılan layihədə ilk test atışı 2008-ci ildə həyata keçirilib.

“Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin effektiv mənzili minimum 4 km, maksimum 70 km-dir. Sistemə quraşdırılan radar sayəsində atılan sursat aşkarlanır və müəyyən edildikdən sonra, sursatın sürətinə görə hansı bölgəni vuracağı hesablanaraq məhv edilir.