14/09/2019 11:22

İsrailin IAI şirkəti Azərbaycanda rəsmi nümayəndəlik açıb

İsrailin müdafiə və aviasiya sənayesi sektorunda fəaliyyət göstərən “Israel Aerospace Industries” (IAI) şirkəti Azərbaycanda nümayəndəliyini açıb.

“AzeriDefence”nin məlumatına görə, nümayəndəlik avqustun 22-də Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, IAI şirkəti indiyədək Azərbaycanın hərbi qurumları ilə milyardlarla ABŞ dolları dəyərində müqavilələr reallaşdırıb. Azərbaycan adıçəkilən şirkətdən “Heron” pilotsuz uçuş aparatları (PUA), “Harop” kamikadze PUA-ı, “Barak-8” ZRK-lər, müxtəlif yer və dəniz radiolokasiya stansiyaları, idarə olunan raketlər, C4İ sistemləri və s. alıb.

Hazırda İsrail müdafiə sənayesində fəaliyyət göstərən “Elbit Systems”, “Ness TSG” və digər şirkətlərin Azərbaycanda yerli nümayəndəlikləri fəaliyyət göstərir.