19/05/2017 12:23

İsrailin yeni tankı belə olacaq – FOTO

İsrail ordusunun zirehli tank korpusu üçün hazırlanması nəzərdə tutulan “Carmel” tankının ilk dizaynı təqdim olunub.

Bu barədə “AzeriDefence” “İsraelDefense” saytına istinadən məlumat verib.

Yeni tankın zirehli platforması yüngül, daha çevik, fəaliyyəti daha sadə nəzərdə tutulub. Həmçinin sıx yerlərdən hərəkətinin təmin olunması əvvəlkinə nisbətən asanlaşdırılıb. “Carmel”in ekipajı iki nəfərdən ibarətdir. Tankın daxilində qurulan sistem vasitəsilə idarəçilər naviqasiya, uzaq hədəfləri aşkar etmə, müstəqil atəş açmaq və.s imkanlardan istifadə edə biləcəklər.

Tankın platforması müasir müdafiə sistemi ilə qorunacaq. Yeni platforma düşmənin tank və raket qurğularını tam məhv etmə qabiliyyətinə malik olması ilə fərqlənəcək.