27/04/2012 08:15

“İstiqlal” snayperi cəbhədə erməniləri şoka saldı

Bir “İstiqlal” mərmisi ilə düşmənin nəqliyyat vasitəsi və iki əsgəri sıradan çıxarıldı
Azərbaycan aprelin 24-də Ordusu Qarabağ cəbhəsində iki erməni əsgərini və bir avtonəqliyyat vasitəsini zərərsizləşdirib. “AzeriDefence”nin məlumatına görə, cəbhə xəttinin Xocavənd rayonu istiqamətində baş vermiş döyüşdə erməni təxribat qrupunun cəhdlərinin qarşısı Azərbaycan hərbçiləri tərəfindən alınıb. Nəticədə qarşı tərəfin 1 hərbçisi öldürülüb, iki hərbçisi yaralanıb, bir nəqliyyat vasitəsi isə sıradan çıxarılıb.

Faktı Dağlıq Qarabağdakı separatçı rejimin hərbi idarəsidə təsdiqləsə də bir əsgərin ölümü barədə heç bir məlumat verilməyib.

Ermənistanın “Lragir” qəzetinin məlumatına görə, Azərbaycan əsgərləri “İstiqal” tipli snayper tüfənglə şərq istiqamətində onlara məxsus hərbi maşını atəşə tutub. Nəticədə Andranik Madoyan və Ernest Sarkisyan adlı hərbi qulluqçular yaralanıb.