25/06/2015 13:38

İstənilən təyyarə və gəmilərə PUA sistemi quraşdırıla biləcək

Rusiyalı mütəxəssislər hava və dəniz gəmilərinin pilotsuz uçuş avadanlıqları ilə təchiz edilməsi sistemini işləyib hazırlayblar.

“AzeriDefence”nin məlumatına görə, Rusiyanın “Tayber” kompaniyasının direktoru Serqey Tıçık deyib ki, bu texnologiyanın xüsusi sahələrdə tətbiqi gələcəyin işi olsa da, mülki sektorda artıq indidən istifadə oluna bilər:

“Bizim hazırladığımız sistem bütün növ texnikalara inteqrasiya oluna bilir. Buraya təyyarə, helikopter və ya başqa uçan aparatları şamil etmək olar”.

Onun sözlərinə görə, Ka-26-nın bazasında PUA istehsal etməklə, helikopterin şimal torpaqlarında rahat istifadəsinə nail olmaq mümkündür: “Eyni məsələ dənizçiliyə də aiddir. Məsələn, bu sistemi sərhəd gözətçi katerlərində istifadə etmək olar. Bununla da insan üçün təhlükəli ərazilərdə bu katerlərin istifadəsi narahatlıq yaratmaz”.

Direktor sistemin işləmə mexanizmi haqda isə detallı məlumat verməyib.