25/03/2012 07:22

İsveç “gözəgörünməz” korvetlərini yeniləyir

İsveç “Visbyu” tipli “gözəgörünməz” gəmi-korvetin modernləşdirilməsi prosesini yekunlaşdırıb.

“AzeriDefence”in İsveçin Müdafiə Alınmaları Agentliyinə istinadən verdiyi məlumata görə, modernləşmə proqramı çərçivəsində korvetdə 60 yeniləşmə aparılıb. Bu yeniləşmələr əsasən səs izoliasiyazında, helekopterlərin enməsi üçün göyərtə avadanlığında, dəniz mərmilərin aşkar olunmasında və məhv edilməsi vasitəsində, gəmiəleyhinə silahlarda, o cümlədən radiorabitə sistemində aparılıb.

Hazırda İsveç Hərbi Dəniz Qüvvələrində “Visbyu” tipli 2 ədəd korvetin mövcuddur. Digər korvetlərin də modernləşmə prosesi 2014-cü ildə yekunlaşdırılmalıdır.

Bu korvetin müşahidə avadanlıqları tərəfindən aşkarlanmasına maneə yaradan məqam isə gəminin bütünlüklə kömür qarışıqlı plastik kütlədən hazırlanmasıdır. Bu maddə radiomaqnit və hidroakustik dalğaların aşkarlama imkanlarını zəiflədir və gəmini müşahidə avadanlıqları tərəfindən tapılması riskini azaldır. Yəni gəmini görünməz edir.

Korvetin silahlanmasına isə çoxməqsədli 57 mm-lik top, 8 ədəd “BS-15 Mk2 markalı raket, o cümlədən dərinlik üçün bombalar daxil edilib. Gəminin göyərtəsində isə 1 helekopter üçün yer mövcuddur.

Gəmilər İsveçin “Saab” şirkəti tərəfindən həyata keçirilib.