30/06/2017 13:50

İsveçrə SAAB şirkətindən yeni nəsil tank əleyhinə raket kompleksi alır

İsveçrə Müdafiə Nazirliyi ilə SAAB şirkəti arasında “NLAW” yeni nəsil tank əleyhinə raket kompleksinin alğı-satqısına dair 120 milyon dollarlıq müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə SAAB şirkətinin yaydığı açıqlamada bildirilib.

SAAB-ın modernizə etdiyi və “Thales UK” şirkətinin istehsal etdiyi tank əleyhinə raket kompleksi, İsveçrənin M47 “Dragon” kompleksinin əvəz edəcək. Kompleksinin 2018-2021-ci illər arasında sifarişçiyə təhvil veriləcəyi planlaşdırılır.

20-800 metr mənzilə malik “NLAW” raket kompleksi bütün iqlim şəraitində işləyir. Çətin şəraitdə işləməsi nəzərdə tutulan yen nəsil tank əleyhinə raket kompleksi, mənfi 38 dərəcə ilə 63 selsi arasında işləyə bilir.