28/02/2017 16:01

İtalityada yeni döyüş təyyarəsinin yaradılmasına başlanılıb

İtaliyanın “Leonardo” şirkəti M-346 təlim təyyarəsinin bazasında döyüş aviasiya vasitəsinin yaradılmasına başlayıb.

“AzeriDefence”nin məlumatına görə, yeni yüngül çəkili döyüş təyyarəsi Grifo-346 RLS sistemi ilə təchiz ediləcək.

Qırıcının “hava-hava”, “hava-səth” raket sistemlərindən effektli şəkildə istifadə edəcəyi də bildirilib.

Təyyarənin ilk nümunəsi 2018-ci ilin sonlarında hazır olacaq.

Məlumatda o da bildirilib ki, M-346 dünyada istifadə olunan təlim təyyarələri arasında ən yaxşılardan hesab olunur.

M-346-nın ilk uçuşu 2004-cü il iyulun 15-də həyata keçirilib.

Təyyarə İtaliya, Sinqapur, İsrail və Polşanın aviasiya parkına daxil edilib.

M-346-nın uzunluğu 11,5 m, qanadla birgə eni 9,7 m, çəkisi 4,6 tondur.

Təyyarə sürəti 1060 km/saatda uçuş həyata keçirə bilir. Uçuş hündürlüyü 13,7 km-dir. M-346-nın ekopajı iki nəfərdən ibarətdir.