13/11/2017 17:36

İtaliya bullpap dizaynlı yeni tapança hazırlayır

İtaliyanın “Tecnostudio Engineering” şirkəti yeni tapança hazırlayır.

Bu barədə “AzeriDefence” “Gunsweek” saytına istinadən xəbər verib.

Yeni tapança haqqında hazırda məlumat verməyən şirkət onun görüntüsünü yayımlayıb. Görüntülərdən yeni silahın bullpap dizayna əsaslandığı müşahidə olunur.

Tapançanın çaxmağı və idarəetmə mexanizmi dəstəyin arxasında yerləşir. Tapançanın darağı FN P90 tapança-pulemyotda olduğu kimi silahın yuxarı hissəsində yerləşdirilir.

“Tecnostudio Engineering” şirkətinin baş konstruktorunun açıqlamasına görə, yeni yaradılan tapança təhlükəsizlik qüvvələri və vətəndaş bazarı üçün nəzərdə tutulub.