18/02/2012 11:53

İtaliya Livana 500 000 avro dəyərində mina detektoru bağışladı

İtaliya hökuməti Livan ordusuna 500 000 avro dəyərində mina detektoru bağışlayıb. “AzeriDefence.com”un www.dmot.info saytına istinadən verdiyi məlumata görə, detektorlar İtaliyanın Beyrutdakı səfirliyi vasitəsi ilə Livan Ordusuna çatdırılıb.

Livan Ordusuna başışlanmış təchizata 138 ədəd CEIA MIL-D1 tipli mina detektoru və 6 komplekt FİDO XT detektoru daxildir.

Qeyd edək ki, bundan əvvəl İtaliya hökuməti 2007-ci ildə Livana humanitar minatəmizləmədə istifadə üçün 150 ədəd mina detektoru hədiyyə edib.