11/06/2018 22:21

IWI şirkəti yeni tapançasını Azərbaycana ixrac etməyi düşünür

İsrail Silah Sənayesi (Israel Weapon Industries -IWI) şirkətinin istehsalı olan MASADA tapançasının Azərbaycanda da sınaqlara göndərilməsi nəzərdə tutulur.

“AzeriDefence”nin “Eurosatory-2018” sərgisində iştirak edən əməkdaşının məlumatına görə, bu barədə şirkət nümayəndələri bildiriblər.

IWI mütəxəssisləri iddia edirlər ki, şirkətin son məhsullarından olan MASADA tapançası özünün təhlükəsizliyi və davamlılığına görə, bazardakı digər analoqlarını üstələyir: “Hazırda Azərbaycanda IWI istehsalı olan “Tavor” avtomatlarının müxtəlif modifikasiyaları, pulemyotlar, snayper tüfəngləri, tapançalar istifadə olunur. Düşünürük ki, yaxın vaxtlarda bu siyahıya MASADA da əlavə olunacaq”.

“Striker” xətti əsasında yaradılan MASADA tapançaları bir neçə qabaqcıl təhlükəsizlik mexanizmlərinə sahibdir. Mövcud təhlükəsiz atış mexanizmi tətiyi çəkmədən atəş açmağa imkan verir. Tapançanın korpusu şüşə lifi ilə gücləndirilmiş polimerdən hazırlanıb.

Qeyd edək ki, 9×9 mm MASADA tapançasının ilk modeli “Eurosatory-2018” sərgisində nümayiş etdirilir. Silahın üzərində gecə atışı üçün 3 tritium nöqtəsi qoyulub. Tapançanın uzunluğu 186.4 mm, lüləsinin uzunluğu 104 mm, çəkisi 650 qramdır.