24/09/2014 10:15

IWI “Tavor” və X-95 hücum tüfəngləri üçün yeni nişangah hazırlayıb

İsrail Silah Sənayesi (Israel Weapon Industries-IWI) şirkəti “Tavor” və X-95 hücum tüfəngləri üçün bükülə bilən, hissələri ayrılan, poladdan hazırlanmış nişangahı təqdim edib. “AzeriDefence”nin məlumatına görə, piccatini relsinə rahat şəkildə qoşulan standart nişangah “Tavor” və X9-5 tüfəng paketlərinin əlavə hissəsi kimi təqdim olunacaq. Platforma həmçinin ehtiyat nişangaha sahib olacaq.

MIL-STD standartına cavab verən nişangah silaha refleks nişangahı, teleskopik nişangah, gecə görmə qurğusu və s. quraşdırmaq üçün rahat şəkildə çıxardıla bilir. Nişangah tritium illüminasiya vasitəsi ilə gecə vaxtı atəş açmağa imkan verəcək.